Çində tikilən bina çöküb: ölənlər var
Çində tikilən bina çöküb: ölənlər var
29 Oktyabr 2019 10:29 DünyaÇinin Quyyan şəhərində tikilən parklanma binasının çökməsi nəticəsində səkkiz nəfər ölüb, daha iki nəfər yaralanıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.
Məlumata əsasən, hadisə oktyabrın 28-i yerli vaxtla saat 16:21-də baş verib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları hadisənin səbəblərini araşdıran idarələrarası işçi qrupunu yaradıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31