Bağdadi öldürülən kimi vəliəhd Trampa zəng etdi
Bağdadi öldürülən kimi vəliəhd Trampa zəng etdi
29 Oktyabr 2019 09:47 DünyaSəudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsiylə əlaqədar təbrik edib.
Bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Tərəflər arasında baş tutan telefon danışığı zamanı həmçinin regional və ikitərəfli məsələlər də müzakirə edilib.
Qeyd edək ki, bundan öncə Tramp Bağdadinin öldürüldüyünü elan edib. O, bu işdə onlara Türkiyə, İraq və kürd qruplaşmalarının yardım etdiyini bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31