Kəşmirdə dayanacağa qumbara atdılar - Yaralılar var
Kəşmirdə dayanacağa qumbara atdılar - Yaralılar var
28 Oktyabr 2019 18:06 DünyaCammu və Kəşmir ərazisində baş vermiş partlayış nəticəsində azı 6 dinc sakin xəsarət alıb.
Naməlum şəxslər Sopor şəhərində avtobus dayanacağında duran sakinlərə tərəf qumbara atıb.
Hadisə ilə bağlı araşdırma başlayıb, hücumla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.
Qeyd olunur ki, partlayış Avropa İttifaqı rəsmilərinin Cammu və Kəşmirə səfəri ərəfəsində törədilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31