Slovakiyada yük qatarında 11 miqrant uşaq tapılıb
Slovakiyada yük qatarında 11 miqrant uşaq tapılıb
28 Oktyabr 2019 17:51 DünyaSlovakiyada yük qatarında 11 miqrant uşaq tapılıb.
Bu barədə Slovakiya polisinin nümayəndəsi Denis Bardiov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün Əfqanıstan və Pakistandan olan 11 nəfər uşaq Serbiyadan Slovakiyanın Dunayska Streda şəhərinə gələn yük qatarında aşkar ediliblər.
Uşaqların yanlarında valideynləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31