Rusiyalılar 8 hərbçini öldürən əsgərin müdafiəsinə qalxdı — FOTO

Rusiyalılar 8 hərbçini öldürən əsgərin müdafiəsinə qalxdı — FOTO

Rusiyada hərbçi yoldaşlarını qətlə yetirən əsgər üçün pul yığılır.

Rusiyalılar Zabaykalye diyarında  hərbi hissədə  8 hərbçi yoldaşını qətlə yetirən Ramil Şamsutdinov  üçün pul  toplamağa başlayıb.

Belə bir  təşəbbüs sosial şəbəkədə  "Tixiy Barin" qrupu tərəfindən irəli sürülüb. "Biz digər kimsələri mühakimə etmək hüququna malik deyilik.  Hələ heç  hadisənin hansı səbəblərdən baş verdiyini bilmirik.  Hansı zərurətdən belə bir addım atılıb.  Yardım edib-etməmək hər bir şəxsin öz işidir"- təşəbbüs qrupu tərəfindən yazılan elanda qeyd edilir.
Sosial şəbəkə istifadəçisi onu da bildirib ki, yığılacaq pul Ramilin atası Səlim Şamsutdinova lazımdır.  O gedib  hadisənin baş vermə səbəblərini  yerində öyrənsin, hərbi hissə komandiri ilə söhbət etsin. Yığılacaq vəsait eyni zamanda Ramil Şamsutdinovun vəkil xərclərini ödəməyə sərf ediləcək.
Bundan əlavə olaraq Change.org saytında Ramil Şamsutdinovun müdafiəsi  ilə bağlı petisiyaya  başlanılıb. Baş verənlə əlaqədar olaraq Rusiya Daxili işlər nazirinə 4300 nəfərin imzası ilə  müraciət ünvanlanıb. Fəallar qətl törədən əsgərin hərəkətinə haqq qazandıraraq, onu reablitasiyaya göndərməsini tələb edirlər.
Qeyd edək ki, Ramil Şamsutdinov  oktyabrın 25-də  Çitada Qornıy qəsəbəsindəlki hərbi hissədə öz hərbçi yoldaşlarına qarşı silah işlədib və nəticədə 8 hərbçi ölüb. Ramil bundan sonra özü könüllü olara xüsusi təyinatlılara   təslim olub.


Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31