Pakistanla Əfqanıstan arasında müharibə - Ölü və yaralılar var
Pakistanla Əfqanıstan arasında müharibə - Ölü və yaralılar var
28 Oktyabr 2019 17:04 DünyaƏfqanıstanla Pakistan arasında müharibə başlayıb. Silahlı qarşıdurma zamanı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Silahlı qarşıdurma iki dövlət arasında uzun illərdir problemli ərazi sayılan Durand xəttində baş verib.
Pakistan sərhəd qoşunları rəsmi Kabilin Əfqanıstan ərazisi kimi təqdim etdiyi Kunar vilayətinin Duklam bölgəsində zastava qurmağa başlayan an Əfqanıstan hərbçiləri atəş açıb.
Bu zaman iki ölkə hərbçiləri arasında baş verən silahlı qarşıdurmada 3 nəfər ölüb.
Qeyd edək ki, Əfqanıstanla Pakistan arasında şimal-şərqdən cənub-qərbə uzanan 2640 kilometrlik sərhəd xətti 1983-cü ildə dövrün İngiltərə xarici işlər naziri Ser Mortimer Durand ilə Əfqanıstan Şahı Əbdülrəhman Xan arasında razılaşma ilə müəyyən edilib. O zamanda bu xətt "Durand xətti" hesab olunur.
Pakistan tərəfi Durand xəttini beynəlxalq sərhəd xətti kimi qəbul etsə də, Əfqanıstan tərəfi bunu rədd edir.
teleqraf.com