Bu ölkədə ən nüfuzlu vəzifəyə LGBTİ üzvü seçildi
Bu ölkədə ən nüfuzlu vəzifəyə LGBTİ üzvü seçildi
28 Oktyabr 2019 16:57 DünyaKolumbiyanın paytaxtı Boqotanı tarixdə ilk dəfə qadın idarə edəcək.
Boqotanın yeni bələdiyyə sədri solçu və LGBTİ üzvü Klaudiya Lopez olub. O, səslərin 35 faizini toplayaraq qələbəsini elan edib.
Ölkə prezidentliyindən sonrakı ən nüfuzlu vəzifə hesab edilən Boqota bələdiyyə sədrliyinə layiq görülən K.Lopez şəhərdə təhlükəsizliyi artırmaq üçün küçələrdə daha çox polis olacağını, uşaqların işlədilməsinin və erkən evliliklərin qarşısını alacağını vəd edib.
Xatırladaq ki, Kolumbiyada baş tutan seçkilərdə ümumilikdə, 32 qubernator, 1000-dən çox bələdiyyə sədri və minlərlə deputat seçilib. 37 milyona yaxın seçicinin iştirak etdiyi seçkilər zamanı müxtəlif vəzifələrə namizədlərdən 7-si öldürülüb, 10-u hücuma məruz qalıb, 100-lərləsi təhdid edilib. Boqota əhalisi LGBTİ üzvü olan qadını sədr seçsə də, digər bölgələrdə əsasən nüfuzlu ailələrin dəstəklədiyi namizədlər seçilib.