Rusiya Tacikistanda S-300 zenit-raket sistemini yerləşdirir

Rusiya Tacikistanda S-300 zenit-raket sistemini yerləşdirir

Sistem Tacikistana Volqa bölgəsindən dəmir yolu ilə çatdırılıb.

Məlumata görə, raket sistemi Əfqanıstanla sərhəddə yerləşdiriləcək. S-300 Tacikistanda Rusiyanın 201-ci hərbi bazasının havadan müdafiəsini təmin etmək üçün gətirilib.

Tacikistanda yerləşdirilən Rusiya hərbi bazası Rusiyanın ölkədən kənarda yerləşən ən böyük quru hərbi obyektidir. Baza 2004-cü ildə rəsmi olaraq 1993-cü ildə imzalanmış müqaviləyə əsasən açılıb və təqribən 7000-ə yaxın hərbi qulluqçuya malikdir.

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31