ABŞ HHQ-nin kosmik təyyarəsi 780 gün sonra Yerə qayıdıb

ABŞ HHQ-nin kosmik təyyarəsi 780 gün sonra Yerə qayıdıb

ABŞ Hərbi Hava Qüvvələrinin kosmik təyyarəsi Yerin orbitində 5-ci missiyasını başa vuraraq 780 gün sonra geri qayıdıb.

Təyyarə dünən gecə saatlarında NASA-nın Kennedi Kosmik Mərkəzinə eniş edib.

Qeyd olunur ki, X-37B kosmik nəqliyyat vasitəsi iki il ərzində müxtəlif təcrübələr aparıb. Bu missiyanın müddəti ilə kosmik gəmi öz rekordunu yeniləyib.

Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31