Kreml İŞİD liderinin öldürülməsinə münasibət bildirib
Kreml İŞİD liderinin öldürülməsinə münasibət bildirib
28 Oktyabr 2019 15:56 DünyaKreml İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İŞİD liderinin ölümü təsdiqini taparsa, bu zaman ABŞ Prezidenti Donald Trampın beynəlxalq terrorçuluqla mübarizəyə verdiyi ciddi töhfədən danışmaq olar.
"Öz-özlüyündə bu xəbər Rusiya hakimiyyətinin mənfi reaksiyasına səbəb ola bilməz. Həqiqətən də bizim hərbçilər həmin bölgədə Amerika təyyarələrini və pilotsuz uçuş aparatlarını görüblər", - deyə Kremlin sözçüsü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31