Murad yenə evlənmək istəmədi - Ayrılıq səbəbi
Murad yenə evlənmək istəmədi - Ayrılıq səbəbi
28 Oktyabr 2019 15:51 DünyaTürkiyənin pop ulduzu Murad Bozla aktrisa Aslı Enverin ayrılıq səbəbi ortaya çıxıb. "İkinci Sayfa" proqramının məlumatına əsasən, Aslının evlilik istəyinə baxmayaraq, Murad bu qərarın tərəfdarı olmayıb.
İfaçı dostlarına "yorulduq, onsuz da sona kimi davam etməcəyini bilirdik", - deyə bildirib. Uzun zamandır M. Bozla bir yaşayan Aslı yaşadığı evi də tərk edib. Onun sözügedən evdən bütün əşyalarını köməkçisi aparıb.
Qeyd edək ki, cütlük bundan əvvəl də münasibətlərinə son qoymuş, səbəb kimi Muradın evlilik tərəfdarı olmadığı göstərilmişdi.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31