Kosmosda plastik tullantıları xammala çevriləcək
Kosmosda plastik tullantıları xammala çevriləcək
28 Oktyabr 2019 11:54 Dünya"Additive Manufacturing Facility" şirkəti Beynəlxalq Kosmik Stansiya üçün xüsusi aparat istifadəyə verib. Qurğunun başlıca vəzifəsi plastik tullantı və zibilin stansiyanın göyərtəsində quraşdırılan üçölçülü printer üçün xammala çevrilməsi olacaq.
Aparat yaradıcılarının sözlərinə görə, belə texnologiyalar bəşəriyyətə kosmosu mənimsəməkdə kömək etməklə Yer kürəsi resurslarından asılı olmayan dayanıqlı istehsal sistemləri yaratmağa imkan verəcək. Bu, həmçinin Yerdən gətirilən faydalı yüklərin çəkisinin azalmasına səbəb olacaq.
Göyərtəsində yeni qurğunun quraşdırıldığı "Northrop Grunman Cygnus" kosmik gəmisinin noyabrın 2-də orbitə çıxacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31