Kanadada kiçik təyyarə gölə düşüb
Kanadada kiçik təyyarə gölə düşüb
28 Oktyabr 2019 11:47 DünyaKiçik təyyarənin Kanadanın Manitoba ayələtində gölə çırpılması nəticəsində üç nəfər itkin düşüb.
Hadisə bölgənin paytaxtı Winnipegdən təxminən 280 km şimal-şərqdə meydana gəlib. Şahidlərin sözlərinə görə, təyyarə ağaca çırpılıb və sonra suya düşüb. Təyyarədə üç nəfər olub.
Qeyd edək ki, xilasedicilər təyyarənin dağıntılarını artıq aşkar ediblər. Təyyarədəki insanların axtarışı başlanılıb. Akvalanqçılar axtarışlara cəlb olunub.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31