Yaponiya hakimiyyəti Sindake vulkanının püskürə biləcəyi ilə bağlı xəbərdarlıq etdi

Yaponiya hakimiyyəti Sindake vulkanının püskürə biləcəyi ilə bağlı xəbərdarlıq etdi

Bazar ertəsi Yaponiyanın milli meteoroloji idarəsi beş ballıq şkala üzrə Kutinoerabu adasında Kaqoşima prefekturasının cənub-qərbində yerləşən Sindake vulkanının püskürmə təhlükəsinin artdığı barəsində məlumat yayıb.

Olaylar.az  Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin mesajında deyilir. İdarədə qeyd olunur: "Vulkanın mərkəzi hissəsinə 2 kilometr yaxın məsafəyə yaxınlaşmaq qadağandır. Adada vulkanik aktivlik kraterdən 2 kilometr aralığında artıb. Nəticədə böyük süxurların və piroklastik axınların tullantıları ilə püskürmə baş verə bilər".

Qeyd edək ki, Sindake sonuncu dəfə 2015-ci ildə püskürüb. Sonra adadan təxminən 130 nəfər təxliyə edildi, heç kim zərər görmənişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31