Tibetdə güclü zəlzələ

Tibetdə güclü zəlzələ

Çinin Qansu vilayətində 5,7 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar vilayətin Qannan Tibet muxtar prefekturasının Siaxı qəzası ərazisində yerli vaxtla gecə saat 01:56-da qeydə alınıb.

Zəlzələ ocağı yer səthindən bir kilometr dərinlikdə olub. Yeraltı təkanlar qonşu Linsia Huy muxtar prefekturasında və Dinsi şəhərində də hiss olunub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31