Əbubəkir əl-Bağdadini kürdlər satıb - Əməliyyatın şok detalları

Əbubəkir əl-Bağdadini kürdlər satıb - Əməliyyatın şok detalları

Dünyada Üsamə Bin Ladendən sonra ən çox axtarılan terrorçu Əbubəkir əl-Bağdadinin Suriyada, İdlib vilayətinin Barışa qəsəbəbində öldürülməsi dünyada müzakirə edildiyi bir vaxtda bu əməliyyatın pərdəarxası detalları ortaya çıxıb.

ABŞ-ın "Nyu York Tayms" qəzeti ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat qrupu, ordu və terrorla mübarizə sahəsində çalışan 10 nəfərə istinad edərək oktyabrın 26-da, saat 04:15-də Bağdadinin ölümü ilə başa çatan əməliyyatın detallarını açıqlayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yaz aylarında Bağdadinin Suriyanın şimal qərbində olduğuna dair kəşfiyyat məlumatı əldə edib. Bu informasiya Bağdadinin xanımlarından biri ilə yaxalanan İŞİD kuryerinin sorğu-sual edilməsi nəticəsində əldə olunub.

MKİ analitikləri İŞİD çaparından əldə edilən məlumat əsasında iraqlı və suriyalı kürd kəşfiyyat qrupları ilə işləyib.

Suriyalı bir mühəndis Bağdadinin öldürüldüyü Barişa qəsəbəsində, Əl-Qaida ilə əlaqəli Hurras əl-Din şəbəkəsinin liderlərindən Əbu Məhəmməd Salamanın evində gizləndiyini bildirib. ABŞ ordusuna bağlı Delta güc zərbəsi bu müddət içərisində bəzi maneələr sbəbindən əməliyyatı iki dəfə təxirə salıb.

Amma kəşfiyyat keçirmək istədiyi əməliyyatdan qısa müddət əvvəl Bağdadinin yerini dəyişdirmək üzrə addmlar atdığını əldə edib və dərhal hərəkətə keçib. Bağdadinin öldürülməsi ilə nəticələnən son əməliyyatın planlanması ötən həftə iki gün içərisində başa çatdırılıb.

ABŞ saatı ilə 17:00-da səkkiz Amerika helikopteri Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildən havaya qalxıb. ABŞ xüsusi qüvvələri təlim keçmiş xüsusi itlərlə radara düşməmək məqsədilə helikopterlər açlaq uçuşla 70 dəqiqəyə Barişa kəndində çatıb. "Delta" əməliyyat qrupu yerə düşmədən Bağdadinin qaldığı evə atəş açmağa başlayıb.

Daha sonra əməliyyat qrupu Bağdadinin qaldığı evin divarını dağıdaraq içəri daxil olub və qarşılarına çıxan İŞİD silahlılarını məhv etməyə başlayıb. Əməliyyat qrupuna tərcüməçi kimi cəlb edilən bir ərəb isə qadın və uşaqların hadisə yerindən qaçması üçün çağırış edib və onlara istiqamət göstərib. Bunun sayəsində 11 uşaq xilas ola bilib.

Bu müddətdə İŞİD lideri Bağdadi üç uşağını götürərək yeraltı tünellərlə qaçmağa çalışırmış. Bağdadi qaçmazdan əvvəl intihar paltarını geyibmiş. Bunu hiss edən əməliyyatçılar xüsusi təlim keçmiş itə Bağdadiyə hücum etmək əmrini verib.

Məhz bu anda İŞİD lideri Əbubəkir əl-Bağdadi üç uşağı ilə birlikdə özünü partladıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31