Tatar liderindən Türkiyəyə etiraz: “Mənim üçün çox ağrılıdır ki...”

Tatar liderindən Türkiyəyə etiraz: “Mənim üçün çox ağrılıdır ki...”

Ukraynanın yeni administrasiyasında çoxlarının Krım problemindən və Rusiyanın yaratdığı təhdiddən xəbəri yoxdur.

Bu sözləri Krım Tatar Məclisinin sədri Rifat Çubarov bəyan edib.

Yeni parlament və prezidentin səlahiyyətlərinin icrasına başlamasından uzun müddət keçmədiyini, bu səbəbdən dərin qiymətləndirmə aparmağın hələ tez olduğunu vurğulayan Çubarov iqtidardakı bir çox insanların Krım problemi mövzusunda məlumatsız olduğunu bildirib: "Yeni hakimiyyətdə təmsil olunanların bir çoxu Rusiyanın yaratdığı təhdidlərə qarşı hazır deyil və Ukraynanın Krımda yenidən öz nəzarətini bərpa etməsi üçün gediləcək yol haqqında fikri yoxdur".

Tatar lideri Krımdan hüquqa zidd olaraq "seçilən" iki deputatın iki həftə əvvəl İstanbulda Prezident Ərdoğana təqdim edilməsini də tənqid edib: "Bunun bir protokol xətası olduğunu düşünürük və türk rəsmilərinin bu şəxsləri bilərəkdən qəbul etməsini məqbul saymırıq".

Türkiyədə rəsmi şəkildə qəbul edilən iki şəxsdən biri olan Nataliya Poklonskayanın özünün Krıma girişinə qadağa qoyulduğunu dilə gətirən Rifat Çubarov deyib ki, onların İstanbulda qəbul edilməsini ağrı ilə qarşılayıb.

Çubarov eyni zamanda Türkiyənin Qara dənizdə istər Ukrayna, istərsə də Gürcüstanın ərazi bütövlüyünə həmişə böyük əhəmiyyət vetdiyini söyləyib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31