Suriyadan çıxan ABŞ ordusu Qafqaza yerləşməlidir - Koffi
Suriyadan çıxan ABŞ ordusu Qafqaza yerləşməlidir - Koffi
25 Oktyabr 2019 16:13 DünyaSuriyadan çıxarılan ABŞ hərbi kontingenti Gürcüstanda yerləşdirilməlidir.
Bunu "Heriteyc Foundeyşın"ın tədqiqatçısı Lyuk Koffi deyib. O, bu hərbi kontingentin, xüsusilə Rusiyanın Axalkalakidəki keçmiş hərbi bazasında yerləşdirilməsi gərəkdiyini bildirib.
Koffi bunun sayəsində İŞİD-in bərpa olunacağı halda ABŞ-ın dərhal müdaxilə imkanının yaranacağını söyləyib:
"ABŞ Rusiyanın Axalkalakidəki köhnə bazasından istifadə edə bilər. Bura Rakkadan 740 kilometr məsafədə yerləşir. İndi Gürcüstan İraqdan daha etibarlıdır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31