Dəbdəbəli toy edənlərə 700 dollar cərimə
Dəbdəbəli toy edənlərə 700 dollar cərimə
25 Oktyabr 2019 15:58 DünyaÖzbəkistanda dəbdəbəli toy edən şəxsləri 230 dollar cərimə gözləyir.
Artıq bununla bağlı qanun layihəsi hazırdır. Layihəyə əsasən, toylarla bağlı qaydanı pozan, dəbdəbəli toy edən şəxsləri 2,2 milyon som cərimə etmək nəzərdə tutulur.
Cərimə təkcə toy sahibinə yox, həm də həmin toyun keçirildiyi restoran, kafe və ya şadlıq saraylarının sahiblərinə şamil ediləcək. Onlar qaydaları pozduqları halda daha böyük məbləğdə 6,7 milyon som (700 dollar) ödəməli olacaq. Qaydalar təkrar pozulduğu təqdirdə bu məbləğ daha artıq olacaq və 1200 dollar təşkil edəcək.
Sözügeədn qanun layihəsi bu ilin sentyabrında təklif olunub. Yeni qaydalara görə, toylar axşam saat 6-dan gecə saat 11-ə qədər davam edəcək. Qonaq sayı isə 300-dən artıq olmamalıdır. Gəlin karvanında 3 maşından artıq maşının olmasına qadağalar var.
Dəfn mərasimində isə qonaq sayı ilə bağlı məhdudiyyət yoxdur. Ancaq yas mərasimi 3 gündən artıq davam edə bilməz.
Cebhe.info