Üzü olmayan körpə dünyaya gəldi- Həkim saxlanıldı

Üzü olmayan körpə dünyaya gəldi- Həkim saxlanıldı

Portuqaliyada üzü olmayan körpə dünyaya gəlib.

Dünyaya göz açan körpənin burnu, gözləri və kəllə sümüyünün yarısı olmayıb.

Körpənin valideynləri həkimlə bağlı prokurorluğa müraciət ediblər. Doğuşu aparan həkim Artur Karvalho polis tərəfindən saxlanılıb.

Bildirilir ki, körpənin anası hamiləlik zamanı 3 dəfə ultrasəs müayinəsindən keçib. Ancaq həkim körpədə hərhansı bir anormal halın olduğunu anlaya bilməyib.

Qeyd edək ki, bir neçə saat ömrü olacağı təxmin edilən körpə hələ də sağdır. Onun müalicəsi davam etdirilir.

REGİONXEBERLERİ.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31