Paşinyandan xoşu gəlməyən yüksək vəzifəli məmura cəza – Şok qərar
Paşinyandan xoşu gəlməyən yüksək vəzifəli məmura cəza – Şok qərar
25 Oktyabr 2019 15:40 Dünya"Avanes Köçəryanın Ermənistan polisi rəisinin müavini vəzifəsindən kənarlaşdırılmasına səbəb onun siyasi xarakterli bəyanatı idi".
Bunu Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib.
Bundan əvvəl Ermənistan Prezidenti Armen Sərkisyan Avanes Köçəryanın Ermənistan polisi rəisinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Köçəryan bu posta 2018-ci ilin may ayında o zamankı polis rəisi Valeri Osipyanın əmri ilə təyin edilmişdi.
Erməni KİV qeyd edir ki, Köçəryanın istefaya göndərilməsinin əsl səbəbi onun Baş nazir Nikol Paşinyandan xoşunun gəlməməsidir.
Avanes Köçəryan bundan əvvəl polis rəisi vəzifəsinin siyasiləşdirilməməsinin lazım olduğunu bildirmişdi: "Polis işinin təşkili qaydası ilə əlaqədar öz fikrimiz var".
O, polis təşkilatlarının müstəqil olmasının tərəfdarı olduğunu demişdi.
Əlavə edək ki, Ermənistanın polis rəisi Valeri Osipyan da bir müddət əvvəl istefaya göndərilmişdi.
teleqraf.com