“Harada terror varsa, biz orada erməniləri görürük” - Çavuşoğlu

“Harada terror varsa, biz orada erməniləri görürük” - Çavuşoğlu

"Son zamanlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarından narahatıq və bunu açıq şəkildə bəyan etmişik".

Olaylar.az  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri vurğulayıb ki, biz hər zaman qardaş Azərbaycanın yanındayıq: "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan nə vaxt Rusiya Prezidenti Vladimir Putinlə görüşsə, Qarabağ məsələsini müzakirə edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin işi nəticə vermədikdə, Türkiyə Prezidenti rusiyalı həmkarına dolayısı ilə bu münaqişəni Rusiyanın həll edə biləcəyini vurğulayıb. Düzdür, sonuncu Soçi görüşündə bu məsələ gündəmdə olmayıb. Azərbaycanın ərazi bütövlüyü sülh yolu və beynəlxalq təşkilatların qərarları əsasında həll edilməlidir. Biz münaqişənin həll edilməsi üçün səylərimizi artıracağıq. Cənab Ərdoğanın da Putinə dediyi kimi Rusiya səylərini artırsa, bu problemi həll edə bilər. Bu, Ermənistanın da xeyrinə olar. Çünki onlar regiondan təcrid olunublar".

M. Çavuşoğlu həmçinin bildirib ki, PKK terror təşkilatının sıralarında erməni terrorçularını ələ keçirmişik: "Daha əvvəl erməni terrorçuları türkiyəli diplomatları şəhid ediblər. "Ona görə də harada terror varsa, biz orada erməniləri görürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31