Ərdoğan bu jurnalı məhkəməyə verdi

Ərdoğan bu jurnalı məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada dərc olunan "Le Point" jurnalının baş redaktoru Etyen Jernel (Etienne Gernelle) və jurnalist Roman Gubertinini (Romain Gubertini) məhkəməyə verib.

Olaylar.az  xəbər verir ki, prezidentin vəkili Hüseyn Aydın müvəkkilinin adından Ankara Respublika Baş Prokurorluğuna 11 səhifəlik şikayət ərizəsi ilə müraciət edib.

Buna səbəb jurnalın 24 oktyabr 2019-cu il tarixli nəşrinin üz qabığında Ərdoğanın şəklindən istifadə edilərək ünvanına fransızca təhqiramiz ifadələrin işlədilməsi olub.

Ərizədə Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən, adı çəkilən şəxslər prezidenti təhqir etməkdə ittiham edilir. Sənəddə türkiyəli rəsmilərin də aparılacaq istintaq və dindirmələrdə səlahiyyətli olduğu qeyd edilib.

Həmçinin faktın düşüncə və söz azadlığı çərçivəsində siyasi müzakirə olaraq dəyərləndirilməsinin mümkün olmayacağı vurğulanıb.

Ərizədə şübhəlilər barədə cinayət işi açılmağı tələb edilib.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31