Çavuşoğlu Bakıdan səsləndi: "ABŞ-a nota göndərdik"

Çavuşoğlu Bakıdan səsləndi: "ABŞ-a nota göndərdik"

Qırmızı bülletenlə axtarışda olan terrorçu Məzlum Kobani ilə müttəfiq olduğumuz ölkənin görüşü qəbuledilməzdir.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə səsləndirib. O bildirib ki, bu, terrorizmlə mübarizədə zəifliyin göstəricisidir:

"Biz ABŞ-a nota göndərdik ki, təmasda olduğunuz terrorçu haqqında "qırmızı bülleten" var. Belə bir terrorçu ilə görüşməyiniz qəbuledilməzdir".

Çavuşoğlu həmçinin çıxışında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün əllərindən gələni edəcəklərini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31