Bu ölkədə ara qarışdı – Hökumət binasına yürüş
Bu ölkədə ara qarışdı – Hökumət binasına yürüş
25 Oktyabr 2019 13:34 Dünyaİraqda işsizlik, korrupsiya və dövlət qurumlarının fəaliyyətindən narazılıq edən vətəndaşlar paytaxt Bağdadda yenidən etiraz aksiyasına başlayıb.
Hökumət binasına yürüş etmək istəyən etirazçılar polisin sərt müdaxiləsi ilə üzləşib.
Yürüşün qarşısını almaq istəyən polis qüvvələri etirazçılara qarşı səs bombası və gözyaşardıcı qazdan istifadə edib.
"Röyter" 20 nəfərin gözyaşardıcı qazdan dolayı xəstəxanaya yerləşdirildiyini bildirib.
Etirazlar davam edir.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31