40 il axtarışda olan 86 yaşlı QATİL TUTULDU

40 il axtarışda olan 86 yaşlı QATİL TUTULDU

ABŞ-da 1980-ci ildən bəri polisdən gizlənən cinayətkar həbs olunub.

Bu barədə məlumatı CNN  telekanalı yayıb.

86 yaşlı Volter James Mason (Walter James Mason) Texasda tapılıb. Soyadını dəyişdirərək özünü Valter James Ellison (Walter James Allison) kimi adlandıran qatilin barmaq izləri onu ələ verib.

39 il əvvəl Aydaho ştatının Clayton şəhərində meydana gələn bir dava nəticəsində 3 nəfərə xəsarət yetirib. Cinayətkar onlardan birini başından vuraraq öldürüb, digərlərini isə yaralayaraq hadisə yerindən qaçıb.

Polis 47 yaşlı Masonu, hadisədə əsas şübhəli sayaraq, axtarışa verib. Lakin cinayətkarın axtarışları bir nəticə verməyib.

40 ildən sonra həbs edilən Mason, qəsdən adam öldürməkdə ittiham olunaraq məhkəməyə çıxarılıb. O, günahını etiraf etməkdən boyun qaçırıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31