Genişmiqyaslı meşə yanğınları başlayıb - Yarım milyon insana təsir göstərəcək

Genişmiqyaslı meşə yanğınları başlayıb - Yarım milyon insana təsir göstərəcək

ABŞ-ın Kaliforniya ştatının Sonomo bölgəsində genişmiqyaslı meşə yanğınları başlayıb.

Olaylar.az  xəbər verir ki, saatda 113 kilometr sürətə çatan şiddətli küləyə görə, yanğın 4 min hektar əraziyə yayılıb. Təhlükəsizlik tədbiri məqsədi ilə bölgədə elektrik verilişi dayandırılıb. Ərazidən 10 minlərlə insanın təxliyə edildiyi bildirilir. Bundan başqa, yanğının yarım milyon insana təsir göstərəcəyi vurğulanıb.

Qeyd edək ki, 2 il öncə Kaliforniyada meşə yanğınları zamanı 44 nəfər həyatını itirmişdi.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31