Əsəd Türkiyə sərhədlərini nəzarətə götürür - Rusiyadan açıqlama
Əsəd Türkiyə sərhədləri ni nəzarətə götürür - Rusiyadan açıqlama
25 Oktyabr 2019 11:56 DünyaPKK/YPG terror təşkilatının silahlıları Suriya-Türkiyə sərhədindən geri çəkilməyə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Suriyanın şimalındakı Rusiya hərbçilərinin sözçüsü İqor Seritski Kobanidə ki, rus bazasının qurulmasının başa çatdığını elan edib: "Kobanidəki hərbi hissəmiz Türkiyə sərhədindən 2 kilometr məsafədə yerləşir və sərhəd xətti daxil olmaqla bölgəni nəzarət altında saxlaya biləcək yüksəklikdədir. Buradan rus əsgərləri Suriya hökumət qüvvələri ilə birlikdə patrul xidmətinə start verəcək.
SDG/PYD qüvvələrinin bölgədən çıxması üçün verilən 150 saatlıq müddətin başa çatmasının ardından Rusiya hərbi polisi türk əsgərləri ilə birlikdə Suriya torpaqlarında 10 kilometr dərinlikdə ikinci patrul xidmətinə start verəcək".
Rusya Xarici İşlər Nazirliyinin yüksək çinli diplomatı Sergey Verşini də Soçi razılaşmasın "Sülh çeşməsi" əməliyyatı ilə əlaqəsinin olmadığını, bu razılaşmanın "Sülh çeşməsi" əməliyyatında iştirak edən əsgərlərin bölgədə nə qədər qalacağı və nə zaman çəkilməsini müəyyən etmədiyini ifadə edib: "Bu, tamamilə ayrı bir mövzudur".
teleqraf.com