Tvitter terrorçuya “rəsmi” status verdi
Tvitter terrorçuya “rəsmi” status verdi
25 Oktyabr 2019 11:44 DünyaTvitter Türkiyədə qırmızı bülletenlə axtarışda olan SDQ rəhbəri - terrorçu Məzlum Kobaniyə aid hesaba "rəsmi" status verib.
Tvitterin sözügedən qərarı Türkiyədə kəskin narazılıqla qarşılanıb.
Əsl adı Fərhad Abdi Şahin olan terrorçu "Şahin Cilo" və "Məzlum Kobani" ləqəbləri ilə də tanınır. 2015-ci ildən Türkiyənin Daxili İşlər Nazirliyinin "ən çox axtarılanlar" siyahısının qırmızı kateqoriyasında 9-cu sırada adı qeyd olunub. Terrorçunun başına 4 milyon lirə mükafat qoyulub.
Ayrı-ayrı vaxtlarda Türkiyənin müxtəlif şəhərlərində törədilmiş 8 teraktla bağlı əmri verən şəxs məhz Fərhad Abdi Şahindir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31