Türkiyədə 26 hərbçi yaralandı
Türkiyədə 26 hərbçi yaralandı
25 Oktyabr 2019 11:41 DünyaTürkiyənin Van vilayətində hərbi avtomobil qəzaya uğrayıb.
Ərcişdən Van istiqamətində hərəkətdə olan avtomobil yol kənarına yuvarlanıb.
Hadisə nəticəsində ikisi ağır olmaqla 26 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Yaralılar dərhal Vandakı xəstəxanalara yerləşdirilib.
İlkin məlumata görə, qəzaya avtomobil təkərinin partlaması səbəb olub.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31