"ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə..." - Ərdoğan
"ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... "- Ərdoğan
25 Oktyabr 2019 11:20 DünyaEyn əl-Ərəb məsələsində ABŞ ora "daxil olmayın" deyir, Rusiya isə daxil olmağımızı bildirir. Belə bir durum da var. Gedişata görə qərarımızı verəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə açıqlamasında bildirib.
"Biz hazırda 150 saatı gözləyirik. Sonra birgə müşahidə qruplarımız fəaliyyətə başlayacaq. Orada bir Menbiç var. ABŞ oranı 90 gün ərzində boşaldacağını bildirdi, ancaq bunu etmədi. Bu şəhərin 85-90 faizi ərəblərdən ibarətdir. Buradakı insanlar torpaqlarından oldu. Onların yenidən torpaqlarına qayıtmasını təmin etmək istəyirik", - Ərdoğan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31