Konqresmenin seks qalmaqalı – Sensasiyalı fotolar yayıldı

Konqresmenin seks qalmaqalı – Sensasiyalı fotolar yayıldı

32 yaşlı konqresmen Kati Hillin tanışlıq saytında paylaşdığı çılpaq fotosu senasasiyaya səbəb olub. Fotoda konqresmen nasist dövrünün embleminini bədəninə döydürdüyü ortaya çıxıb. Ən dəhşətlisi isə Konqres üzvünün narkotikdən istifadə etdiyi ehtimalıdır.

Bu sensasion informasiyanı İngiltərənin "Daily Mail" qəzetinin internet səhifəsi yayıb.

Kaliforniyadan seçilən Konqres üzvü Kati Hillin fotoları 10 il əvvələ aiddir.

22 yaşında çəkilmiş fotosunda Konqres üzvü çılpaq kameraya poz verdiyi, bədənində nasist emblemindən döymə etdiyi və əlində narkotik maddə olması ilə diqqəti çəkir.

Hillin o dövrdə əri Kenni Heslep ilə açıq münasibətlər yaşadığı qeyd edilib, amma əlavə olunub ki, bu foto partniyor tapmaq üçün fəaliyyət göstərən saytda paylaşılıb. Fotolardan birində Hillin gənc köməkçisinin saçlarını çılpaq formada daradığı görünür.

ABŞ mediası Hillin bədən döyməsi olan nasist emblemi haqqında araşdırma açıla biləcəyini elan edib. Hill özü Feysbukda bəzi irqçi paylaşımları tənqid edən və sosial mediada bu kimi paylaşımların düzgün olmadığını ifadə edən siyasətçidir.

Konqresmenin fotolarının ortaya çıxmasından sonra ABŞ siyasətində yeni müzakirə mövzusu yaranıb. Hillin köməkçisi bəyan edib ki, qəzetin fotoları paylaşması şəxsi həyata müdaxilədir və qeyri-etik hərəkətdir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31