ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 11:03 DünyaABŞ Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı ilə birlikdə Suriyanın şərq bölgələrindəki neft yataqlarını qorumaq üçün hərbi qüvvə göndərəcək.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd edilib ki, ABŞ və müttəfiqlərinin İŞİD-ə qarşı əldə etdiyi ən böyük uğurlardan biri İŞİD-in əsas gəlir mənbəyi olan neft yataqlarına nəzarətin ələ keçirilməsi idi:
"Bu neft yataqlarının İŞİD-in və bölgədə sabitliyi pozan digər qüvvələrin əlinə keçməsini əngəlləmək üçün ABŞ SDQ ilə birlikdə bölgəyə hərbi qüvvə göndərəcək. İŞİD-in yenidən ortaya çıxmasının qarşısını almaq üçün onu gəlir mənbəyindən məhrum etmək lazımdır".
ABŞ mediası gün ərzində Pentaqonun Deyr-əz-Zordakı neft bölgəsinə 30 tank və digər hərbi texnikalar cəlb edəcəyini bildirib.
Əlavə edək ki, Prezident Donald Tramp da Suriyadakı neft yataqlarının qorunmasının ABŞ üçün prioritet olduğunu açıqlamışdı.