Kadırov qohumunu cəzalandırır – Yoxlama başladı
Kadırov qohumunu cəzalandırır – Yoxlama başladı
25 Oktyabr 2019 10:58 DünyaÇeçenistan polisi Qroznının keçmiş meri İslam Kadırova qarşı yoxlamaya başlayıb.
Bu məlumatı "Qroznı" televeziyası yayıb. Yoxlamalara səbəb isə jurnalistlərin polisə təqdim etdiyi videodur. Videoda Kadırovun şəhər sakinlərinə qarşı mer olduğu zamanı sərt davranışı əks olunub. Məlumata görə, təqdim olunan videonun həcmi 8 saat təşkil edib.
Qeyd edək ki, İslam Kadırov 2012-2015-ci illərdə Qroznı meri vəzifəsini tutub. O, Çeçenistan lideri Ramzan Kadırovun qohumlarından sayılır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31