Britaniya: Yük maşınında tapılmış 39 cəsəd Çin vətəndaşlarına aiddir

Britaniya: Yük maşınında tapılmış 39 cəsəd Çin vətəndaşlarına aiddir

Londonun yaxınlığında Essex ərazisində soyuduculu yük maşınında tapılmış 39 nəfərin cəsədi Çin vətəndaşlarına aiddir, belə anlaşılıb.

Polisin yük maşınının 25 yaşlı sürücüsü Mo Robinson ilə sorğu-sualı davam etdirir. O, ölümdə şübhəli qismində saxlanılıb.

Şimali İrlandiyada Milli Cinayət Agentliyi iki evə reyd keçirib. Agentlik bu "hadisədə əli ola biləcək mütəşəkkil cinayətkar qruplarını" müəyyənləşdirməyə çalışır.

Yük maşını Temza çayı ilə Belçikanın Zeebrugge limanından Purfleet limanına çərşənbə günü gəlib və elə həmin gün aşkarlanıb.

Sürücünün ailəsinin yaşadığı kəndin nümayəndəsi bildirib ki, kənd sakinləri "tamamilə şok" içindədirlər və onlar Mo Robinson-un günahsız olacağına ümid edirlər.

Belçika prokurorluğu bu hadisə ilə əlaqəli ola biləcək şəxsləri və təşkilatçıları hədəfləyən cinayət işi açıb.

Ölənlərin konteynerə nə zaman daxil olduğu, eləcə də bu hadisənin Belçikada baş verib-vermədiyi məlum deyil.

Essex polisinə görə ölənlərin kimliyinin müəyyən edilməsi "uzun proses ola bilər".

Hüquq-mühafizə orqanları əvvəlcə yük maşınının Bolqarıstandan olduğunu güman edirdi, lakin sonradan onun Britaniyaya Belçikadan gəldiyini bildiriblər.

Bolqarıstanın Xarici İşlər Nazirliyinin sözçüsü yük maşınının ölkədə İrlandiya vətəndaşının adına qeydiyyatdan keçirilmiş bir şirkətə aid olduğunu deyib. Lakin rəsmiyə görə, ölənlərin bolqarıstanlı olması ehtimalı "yüksək deyil".

BBC.COM/AZERİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31