Uşağını zibil qabının yanına qoyub qaçdı
Uşağını zibil qabının yanına qoyub qaçdı
24 Oktyabr 2019 15:30 DünyaTürkiyənin Bursa şəhərinin Osmangazi səmtində zibil qabının yanına çanta içində qoyulmuş bir uşaq tapılıb.
Hadisə Osmangaziyə yaxın Yunuseli məhəlləsində baş verib. Yol kənarındakı zibil qabının yanından keçənlər çanta içinə qoyulmuş uşağı görüb təcili yardım və polis çağırıblar.
Olay yerinə gələn təcili yardım işçiləri uşağın nəfəs aldığını görüb xəstəxanaya yerləşdiriblər.
Polisə ifadə verən şahidlər naməlum bir qadının zibil qabının yanına çantanı qoyub qaçaraq uzaqlaşdığını bildiriblər.
Polis hadisə ilə bağlı araşdırma aparır.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31