ABŞ-dan Rusiya təhlükəsinə qarşı addım - 50 ədəd F-35 göndərilir
ABŞ-dan Rusiya təhlükəsinə qarşı addım - 50 ədəd F-35 göndərilir
24 Oktyabr 2019 14:34 DünyaPentaqon yaxın illərdə Rusiyaya mane olmaq və NATO-nun yeni bir müharibəyə hazırlaşmasına dəstək məqsədilə Avropaya 50 ədəd F-35 qırıcısı göndərəcək.
Olaylar.az xəbər verir ki, ABŞ-ın Hava Qüvvələri komandanı, general Ceyms Holmes bildirib ki, 50 ədəd F-35 Avropaya çatdıqdan sonra oradakı F-35-lərin sayı 100-dən çox olacaq.
İddia edilir ki, 50-dən çox F-35-in Avropaya göndərilməsi 2020-ci ilin əvvəllərinə qədər başa çatdırılacaq. ABŞ Hərbi Hava qüvvələri konkret olaraq F-35-lərin Avropada hara və kimə göndəriləcəyini təhlükəsizlik səbəbindən açıqlamır.
Ekspertlər hesab edirlər ki, qırıcılar böyük ehtimalla Baltik ölkələrinə və Şərqi Avropaya göndəriləcək.
Avropalı müttəfiqləri ilə pilotlar üçün xüsusi kurs keçiriləcəyini bildirən general Holmesin fikrincə, Avropanın rəqabət aparması və gələn təhlükəyə maneə olması üçün bu, əhəmiyyətli addımdır.
teleqraf.com