Terroristlər Türkiyə sərhədindən çəkilməyə başladılar

Terroristlər Türkiyə sərhədindən çəkilməyə başladılar

Məlumatı Rusiya XİN yayıb

YPG terror qruplaşması Soçi razılaşmasının şərtlərinə uyğun olaraqTürkiyə ilə sərhəddən çəkilir.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, PKK/YPG terroristləri Türkiyə-Suriya sərhəddinə yaxın ərazilərdən çıxmağa başlayıb.

Xatırladaq ki, 22 oktyabrda Rusiya ilə Türkiyə arasında Soçi Razılaşma Memorandumu imzalanıb.

Razılaşmaya görə, rus hərbi polisi onlara verilən 150 saat ərzində YPG ünsürlərini Türkiyə-Suriya sərhəddinin "Barış Pınarı" hərəkatından kənarda qalan hissəsindən çıxarmalıdır.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31