Putindən Ərdoğana: O xəritəni bağla! - Foto
24 Oktyabr 2019 13:51 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşünə dair yeni detallar ortaya çıxıb.
Bu barədə "Yeni Akit" nəşri yazıb.
Görüşün mətbuata qapalı hissəsində Ərdoğan özü ilə birlikdə gətirdiyi "qırmızı qovluq"dan Suriyada yaradılması planlaşdırılan təhlükəsiz bölgənin xəritəsini çıxararaq masanın üzərinə qoyub. Bu zaman mətbuat nümayəndələrinin çəkiliş apardığını müşahidə edən Putin dərhal Ərdoğana müraciət edərək, qovluğu bağlamasını xahiş edib.
Putinin xahişini yerə salmayan Ərdoğan "Nə qədər çalışdığımızı görsünlər" deyib və qovluğu bağlayıb.
axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31