Netanyahu hökumət qura bilmədi – İsraildə hakimiyyəti dəyişikliyi

Netanyahu hökumət qura bilmədi – İsraildə hakimiyyəti dəyişikliyi

İsrail Baş naziri Binyamin Netanyahunun hökumət qura bilməməsindən sonra bu iş keçmiş qərargah rəisi Benni Qantza tapşırılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə İsrail Prezidenti Reuven Rivlin sərənmcam imzalayıb.

Netanyahunun koalisiya hökuməti qurmaq görüşləri nəticə vermədikdən sonra bu barədə prezidenti məlumatlandırmışdı.

Hökuməti qurmaq vəzifəsini yerinə yetirmək üçün Qantzın 28 günü var.

Yerusəlimdə keçirdiyi mətbuat konfransında Qantz liberal koalisiya hökuməti quracağını açıqlayıb.

İsraildə son 10 ildə ilk dəfə Netanyahudan başqa bir siyasətçiyə hökuməti qurmaq işi həvalə olunub. Beni Qantz koalisiya üçün lazım olan dəstəyi ala bilməsə, erkən seçki elan olunacaq.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31