Tufanın vurduğu ziyan açıqlandı – 902 milyon dollar

Tufanın vurduğu ziyan açıqlandı – 902 milyon dollar

Yaponiya sahillərində iki gün tüğyan edən "Haqibis" tufanı ölkənin kənd və balıqçılıq təsərrüfatına təqribən 902 milyon dollardan çox zərər vurub.

Olaylar.az RİA "Novosti"yə istinadən bildirir ki, bu barədə tufandan ziyan görmüş 38 prefektura barədə məlumatları ümumiləşdirən milli ictimai televiziya məlumat yayıb.

Bu qiymətləndirməyə görə, axtarış-xilasetmə işləri aparıldıqca ziyanın miqdarı da artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31