Kiyevdə qumbara partlaması nəticəsində iki nəfər həlak olub

Kiyevdə qumbara partlaması nəticəsində iki nəfər həlak olub

Kiyevin mərkəzindəki ofislərdən birinin binasında qumbara partlaması nəticəsində iki nəfər həlak olub, bir nəfər yüngül bədən xəsarətləri alıb.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının fikrincə, partlayışa səbəb qumbara ilə ehtiyatsız davranma olub.

Kiyev Şəhər Polis İdarəsinin rəisi Andrey Krişşenko bildirib ki, hadisə yerinə və ofis binasına baxış zamanı orada alkaqollu içkilərin qalıqları aşkar edilib. Həlak olanlardan birinin yaşadığı yerdə axtarış zamanı orada döyüş qumbarası fitili aşkar edilərək götürülüb.

Bildirilir ki, həlak olanlar yaxın tanışlar olub. Hadisə şahidlərinin sözləri və videomüşahidə kamerasında qeydə alınmış görüntülər bu şəxslər arasında münaqişə olmadığını təsdiq edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31