Trampın ticarət müşaviri vəzifəsindən azad olur

Trampın ticarət müşaviri vəzifəsindən azad olur

ABŞ prezidenti Donald Trampın ticarət müşaviri cümə günü istefa verəcək.

Kelli Enn Şou Trampın Çinlə ticarət anlaşması danışıqlarında məsləhətçilərindən biri idi və o, zirvə görüşlərindən əvvəl xarici liderlərlə də danışıqlar aparırdı.

Reuters-in Ağ Evdəki mənbələrinə görə, Kelli Enn Şou özəl sektora keçmək üzrədir, lakin gələcək vəzifəsi barədə ətraflı məlumat verilmir. Tramp administrasiyasının nümayəndələri boş qalan vəzifəni kimin tutacağını deməyiblər.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31