İsrailin pilotsuz uçuş aparatı Livanda düşdü
İsrailin pilotsuz uçuş aparatı Livanda düşdü
23 Oktyabr 2019 15:28 Dünyaİsrailə məxsus pilotsuz uçuş aparatı Livan ərazinə düşüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, xəbəri İsrail Müdafiə Nazirliyi verib.
Məlumatda qeyd edilir ki, pilotsuz uçuş aparatı sərhədlərə nəzarət məqsədilə aparılan əməliyyat zamanı düşüb. Aparatın düşdüyü ərazi Livan-İsrail sərhədində, Livan ərazisi tərəf qeyd edilir.
Pilotsuz uçuş aparatının hansı səbəbdən düşməsi isə bildirilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31