“Yaxşı xəbərlər gəlir” – Tramp Putin-Ərdoğan görüşü haqda
“Yaxşı xəbərlər gəlir” – Tramp Putin-Ərdoğan görüşü haqda
23 Oktyabr 2019 15:09 DünyaABŞ Prezidenti Donald Tramp Suriyada, Türkiyə və Yaxın Şərqdəki gərgin vəziyyətin düzəldiyini bildirib.
Amerika prezidenti Rusiya və Türkiyə prezidentləri arasında Soçidə keçirilmiş görüşdən danışıb.
"Deyəsən, indi Türkiyə, Suriya və Yaxın Şərqdən yaxşı xəbərlər gəlir. Daha sonra yeni xəbərlər də olacaq", - Tramp qeyd edib.
Oktyabrın 17-də Türkiyə və ABŞ arasında bağlanmış müqavilə əsasında Suriyanın şimalında elan edilən 120 saatlıq atəşkəs oktyabrın 22-də başa çatıb. Suriyadakı kürd silahlı birləşmələri ABŞ-Türkiyə razılaşması çərçivəsində bütün öhdəlikləri yerinə yetirdiklərini və təhlükəsizlik zonasını tərk etdiklərini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31