ABŞ-dan terroçu qrupa dəstək - 4,5 milyon dollar ayrılacaq

ABŞ-dan terroçu qrupa dəstək - 4,5 milyon dollar ayrılacaq

Türkiyənin Suriya ərazilərində təhlükəsizlik bölgəsi mövzusunda əvvəlcə ABŞ-la, sonra isə Rusiya ilə anlaşma əldə etməsindən sonra Donald Tramp yenidən Suriya həmləsi edib.

Olaylar.az  xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Əl-Qaidə" terror təşkilatına yaxınlığı ilə seçilən silahlı qrupa maliyyə dəstəyi göstərəcək.

Tramp "Əl-Qaidə"nin Suriya qoluna bağlı olan birliyə maliyyə dəstəyi göstərəcək. "Ağ dəbilqəlilər" olaraq tanınan qrupun ABŞ-la yaxın münasibətlər quracağı ehtimal olunur. Bəzi məlumatlara görə, "Ağ dəbilqəlilər" "Əl-Qaidə"nin Suriya qolu olan "Əl Nusra cəbhəsi"nə yaxındır. ABŞ rəhbəri bu quruma təxminən 4,5 milyon dollar dəstək vermək təklifini qəbul edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31