Toy yasa döndü: qızın atası bəyin boğazını kəsdi - VİDEO - FOTO

Toy yasa döndü: qızın atası bəyin boğazını kəsdi - VİDEO - FOTO

Türkiyədə törədilən dəhşətli qətllə bağlı görüntülər əldə olunub.

Türkiyənin Qaziantep vilayətində yaşayan Mehmet G. adlı yaşlı kişi qızının toyunu yasa çevirib.

O, qızının şad günündə bəyin boğazını kəsib. Cinayətdən sonra saxlanılan Mehmet G. qətl törətdiyini etiraf edib və peşman olmadığını dilə gətirib.

Mehmet G. bildirib ki, bəyi ibrət olsun deyə öldürüb və bir müddətdir ki, cinayəti törətməyə hazırlaşırmış.

Əvvəlcə qızının ailə qurmasına icazə verən Mehmet G. sonradan ailələr arasında yaranan mübahisəyə görə buna etiraz edib. Lakin qızı oğlanla birlikdə qaçıb. Kişi yalandan razıymış kimi oğlanı evlərinə dəvət edib və onlara toy edəcəyini söyləyib. O, xına gecəsi zamanı Eser Efsaneni bıçaqla öldürüb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31