Emin Ağalarov yaşlı insanlar üçün pulsuz restoran açdı - FOTO
Emin Ağalarov yaşlı insanlar üçün pulsuz restoran açdı - FOTO
22 Oktyabr 2019 17:34 DünyaRusiyanın paytaxtı Moskva şəhərində yaşlı insanların iş günlərində pulsuz isti yemək ala biləcəyi "Dobrodomik" adlı kafe açılıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Dobrodomik" Xalq artisti Emin Ağalarov və layihənin təsisçiləri Aleksandra Sinyak və Yevgeni Gerşeviçin təşəbbüsü ilə həyata keçirilib.
Hər üç şəxs yeni açılan kafenin qonaqları ilə görüşüb. Tədbirdən olan fotoları və kafe ilə bağlı məlumatı Emin şəxsi "Instagram" hesabında paylaşıb.
Kafe hamı üçün hər zaman açıqdır.
"Dobrodomik"də yaşlı insanların və əlil qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb.
Sözügedən layihə "Restaurants by Crocus Group"a daxildir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31