Efirdə Şeymadan Acuna mesaj gəldi - “Hotel və pul barədə danışmalıyıq”
Efirdə Şeymadan Acuna mesaj gəldi - “Hotel və pul barədə danışmalıyıq”
22 Oktyabr 2019 16:27 DünyaTV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı gözlənilməz hadisə ilə üzləşib. O, "Gel konuşalım" proqramında qonaq olarkən telefonunda "O Səs" yarışmasındakı çıxışlardan birini göstərib.
Həmin an Acunun keçmiş xanımı Şeyma Subaşı ona vatsapda mesaj yazıb. Bloqqerin yazdığı sözlər ekranda öz əksini tapıb.
"Acun, salam. Nə vaxt görüşə bilərik? Tarixlər barədə danışmalıyıq. Mayami hoteli və pulla bağlı başqa bir şey danışacam"- deyə Şeyma yazıb. Bu zaman Acun telefonu ekrandan uzaq tutub. Sözügedən kadrlar tvitterdə ən çox paylaşılan və müzakirə olunan mövzu olub.
Daha sonra Şeyma sosial şəbəkədə mövzu barədə açıqlama yayıb: "Unutmayaq ki, Acunla bir övladımız var. Bizim müzakirə etdiyimiz bir çox maddi və mənəvi hadisələr var. Onlardan biri də canlı yayımda göstərildi. Bu da mənim qismətim, nə deyək? Xahiş edirəm, mövzunu başqa yerlərə yozmayın".

QAFQAZİNFO.AZ