Putin-Ərdoğan görüşü başladı

Putin-Ərdoğan görüşü başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.

Olaylar.az  xəbər verir ki, görüş Soçidə keçirilir.

Ərdoğan görüşdən əvvəl "bu dəvətin bölgədə fayda təmin edəcəyinə inanıram. Etdiyimiz çox faydalı görüşlər oldu. İkili münasibətləri də müzakirə etmək fürsətimiz olacaq. Bu vəsilə ilə sülhün çox daha güclü şəkildə müzakirə edilməsi fürsəti yaranacaq. Bu görüşün "Sülh çeşməsi" hərəkatına ciddi fürsətlər təqdim edəcəyinə inanıram" açıqlamasını verib.

Putin isə "son illərdə münasibətlərimizin gəldiyi səviyyənin bu gün bölgəmizdəki bütün problemlərin həll edilməsinə yardımçı olacağına inanıram. Bölgədəki vəziyyətlə bağlı dəyişik dinamika var. İnanıram ki, bu görüş və müzakirələr faydalı olacaq" deyib.

Qeyd edək ki, iki lider Suriyanın şimalında gerçəkləşdirilən "Sülh çeşməsi" hərəkatı, təhlükəsiz bölgə və YPG-çilərin Münbiç, Eyn əl-Ərəbdən çıxarılması məsələlərini müzakirə edəcək.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31